Premyer Liqa klubunun şefi PEŞMAN OLUB - İdarəçilərə və baş məşqçiyə görə

12 Fevral 14:00 Səbail 837
Premyer Liqa klubunun şefi PEŞMAN OLUB - İdarəçilərə və baş məşqçiyə görə

«Səbail»də geri sayım başlayıb. Artıq klub rəhbərliyində Şahin Diniyevə münasibət dəyişib.

Özünə köməkçi götürdyü oğlu Kərim Diniyevlə bağlı yaşadığı qalmaqalı hələ ört-basdır edə bilməyən baş məşqçinin komandanın «ip»in idə əldən verməsi idarəçilərdə kəskin narazılıq yaradıb.

Redaksiyamıza çatan məlumata görə, konkret olaraq Müşahidə Şurasının sədri Rauf Vəliyev çox məyusdur.

«Xəzər Dəniz Gəmiçiliyi»nin pulunu Bayıl təmsilçisinin yolunda gözdən çıxaran R.Vəliyevi kollektivin ölkə kuboku ilə vidalaşması yandırıb-yaxıb.

«Dənizçilər» 2024-cü ilin arxada qalan 6 matçında qələbə üzünə həsrət qalması, kubok «cəbhə»si ilə yanaşı, Premyer Liqada da mövqelərini itirməsi birinci şəxsi hiddətləndirib.

Ona yaxın çevrələr Vəliyevin baş məşqçi dəyişikliyinə getmək barədə fikirləşdiyini bizə xəbər verib. Həmçinin bildiriblər ki, sədr Elxan Məmmədovun məsləhətinə qulaq asmasına görə peşmandır.

Axı o, Diniyev və əksər idarəçiləri məhz AFFA-nın sabiq icraçı vitse-prezidentinin təlimatı/ təqdimatı ilə burada görəvə gətirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti