Millinin qapıçısı müqaviləyə xitam verdi, Azərbaycana – sabiq klubuna qayıtdı

4 İyul 2022 13:40 Səbail 1 611
Millinin qapıçısı müqaviləyə xitam verdi, Azərbaycana – sabiq klubuna qayıtdı

Emil Balayevin legioner həyatı növbəti dəfə qısa sürüb. "Turan-Türküstan" Azərbaycan millisinin qapıçısı lə yollarını ayırıb.

28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

"Turan" Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Martın əvvəlində “Qarabağ”dan ayrılaraq Qazaxıstan təmsilçisi ilə 10 aylıq sözləşmə imzalamış kiper bundan sonra “Səbail”in uğurları üçün tər tökəcək.

Onun illik 120 min dollar qarşılığında sabiq klubuna döndüyü bildirilir.

Balayevin “Turan”da qazancı göstərilən qərəmdən 30 min dollar artıq idi. Sadəcə, o, getdiyi ölkədə əsas heyət üzvü ola bilmədi, daim ehtiyatda qaldı. “Qarabağ”dakı kimi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"