"Kim gətirəcəyimizi bilmirik, heç birini buraxmırlar"

16 Yanvar 2022 15:00 Səbail 798
"Kim gətirəcəyimizi bilmirik, heç birini buraxmırlar"

«Biz mütləq yeni qapıçı tapmalıyıq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»in baş məşqçisi Aftandil Hacıyev deyib.

O, Kamran Ağayevin karyerasını bitirməklə bağlı verdiyi qəfil qərarın planların dəyişməsinə səbəb olduğunu söyləyib. Gənc mütəxəssis belə bir vəziyyətdə yeni «əlcək sahibi» tapmağın çətinliyinə diqqət çəkib:

«Xidmətinə maraq göstərdiyimiz qapıçıların hamısının öz klubları ilə müqavilələri var. Heç birini buraxmırlar.

Ölkə xaricindən qapıçı gətirə bilmirik. Buna maliyyə imkanımız çatmır.

Həm də ki, biz bu mövsüm cəmi 3-4 legioner oqnada bilərik, bizə təklif olunan yerlilər Divizionda çıxış edənlərdir. Onların da heç biri indiyədək Premyer Liqada dayanmayıb.

Kamran Ağayev olanda Elxan Əhmədov onunla rəqabət aparırdı. İndi Elxan tək qalıb, kimi gətirəcəyimizi də bilmirik. İstənilən halda birini tapmalıyıq».

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!