COP29

Əməkhaqqının xeyli aşağı salınmasına "okey" demədi, sağollaşdı

5 İyun 11:20 Səbail 3 696
Əməkhaqqının xeyli aşağı salınmasına "okey" demədi, sağollaşdı

Ötən ilin yayında «Qəbələ»ni «Səbail»ə dəyişən Səlahət Ağayev buradan da ayrılıb.

Millinin qapıçısı Bayıl klubu ilə birillik müqavilənin müddətini yeniləməyib.

Sırf bir səbəb üzündən - maliyyə. Tərəflər maddi şərtlərdə ortaq məxrəcə gələ bilməyib.

Aylıq əməkhaqqısı 12500 manat olan kiper bu məbləğin xeyli aşağı salınmasına razılıq verməyib.

Ağayev «İnter»in (indiki «Şamaxı»nın) yetirməsidir. O, karyerası ərzində «Sumqayıt», «Neftçi» və «Sabah» kimi klubların da formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti