Millimizin heyəti açıqlandı - Kapitan kim oldu?

9 İyul 2024 07:20 Şahmat 1 535
Millimizin heyəti açıqlandı - Kapitan kim oldu?

Sentyabrda Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib.

Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şerevski olacaq.

Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Xəbər Lenti
22 İyun 20:00 Çək və bizə göndər!