Teymur Rəcəbov Levon Aronyana məğlubiyyət yaşatdı

23 Noyabr 2020 23:00 Şahmat 644
Teymur Rəcəbov Levon Aronyana məğlubiyyət yaşatdı

Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

Xəbər Lenti