
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Abasov qara fiqurlarla mübarizə aparacaq.
Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.