Levon Aronyan son günlərin həyatında ən ağır anlar olduğunu etiraf edib.
Sportinfo.az xəbər verir ki, bu barədə şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster öz "facebook" səhifəsində yazıb.
“Xalqımızla birlikdə kədərlənir, həlak olanlraın və onların ailələrinin xatirəsi qarşısında, müqəddəs missiyasını davam etdirən döyüşçülərimizin önündə baş əyirəm.
Dua edirəm və inanıram ki, bu, tariximizdəki son uğursuzluq olacaq. Qələbəmi Qarabağda (işğal edilən Azərbaycan torpağı) ölənlərin xatirəsinə həsr edirəm. İnanıram ki, bu, qələbələrimizin başlanğıcı olacaq” deyib şahmatçı.
11 noyabrda Levon Aronyan sürətli şahmat çempionatının onlayn turnirində dörddəbir finala yüksəlib. Erməni qrossmeyster 1/8 finalda rusiyalı qrossmeyster Yan Nepomnyaşini 14:11 hesabı ilə məğlub edib. Dörddəbir finalda Aronyan fransız Maksime Vaçye-Laqravla oynayacaq.

