Məmmədyarov gerilədi, Abbasov irəlillədi, Rəcəbov yerində qaldı

31 Oktyabr 2020 15:04 Şahmat 770
Məmmədyarov gerilədi, Abbasov irəlillədi, Rəcəbov yerində qaldı

FİDE şahmatçıların yeni reytinqini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ən yüksək reytinqli Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 1 pillə geriləyib.

O, Şəhriyar Məmmədyarov 2770 xalla 8-cidir. Xal sayında (2765) dəyişiklik olmayan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

“Top-100”də qərarlaşan digər qrossmeysterlərimizdən Qədir Hüseynov və Rauf Məmmədov reytinqdə geriləyibsə, Nicat Abbasov irəliləyişə nail olub. Nicat 2668 xalla 72-ci, Qədir 2665 xalla 75-ci, Rauf isə 2654 xalla 95-ci pillədədir. Siyahıda ilk “üçlük” dəyişməyib. Maqnus Karlsen (Norveç, 2862) birinci, Fabiano Karuana (ABŞ, 2823) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 3 pillə geriləyərək (2443) 31-ci yerə enib. Gülnar Məmmədova da ondan geri qalmayıb.

Son reytinqdə 73-cü olan Gülnar bu dəfə (2382) 80-ci pillədə özünə yer edə bilib. Xanım Balacayeva 82-ci pillədən 89-cu yerə düşüb (2376).

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyubsa, 2-3-cü pillələrin sahibləri yerlərini dəyişiblər. Aleksandra Qoryaçkina (Rusiya, 2592) ikinci yerə yüksəlib, Humpi Koneru (Hindistan, 2586) isə ilk “üçlüy”ü qapayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti