“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur” - Şəhriyar Məmmədyarov

22 Oktyabr 2020 23:10 Şahmat 465
“Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur” - Şəhriyar Məmmədyarov

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli qrossmeyster sosial şəbəkə hesabında bunları qeyd edib:

“Genlik kəndi geri alındı! Atamın, babamın və ulu babalarımın kəndi... Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur.

İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!

PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın”.

Xəbər Lenti