"Şanlı ordumuzun cəsur əsgərləri haqq-ədaləti bərpa edəcək"

3 Oktyabr 2020 11:48 Şahmat 644
"Şanlı ordumuzun cəsur əsgərləri haqq-ədaləti bərpa edəcək"

"Artıq bir neçə gündür ki, Vətənimizdə qanlı döyüşlər davam edir.

Erməni işğalçı qüvvələri tarixi, əzəli Azərbaycan torpaqlarında xalqımıza qarşı hərbi əməliyyatlar aparmaqdadır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov özünün şəxsi "Instagram" səhifəsində payılaşıb.

Son günlər cəbhədə baş verənlərə münasibət bildirən 33 yaşlı qrossmeyster Ermənistanın Azərbaycana qarşı təcavüzünü kəskin şəkildə qınadığını vurğulayıb:

"Erməni işğalçı qüvvələri dərhal bizim torpaqlarımızı tərk etməlidir! Bu, mövcud vəziyyətin həlli üçün yeganə çıxış yoludur. Şanlı ordumuzun cəsur əsgərləri düşməni qətiyyətlə dəf edərək doğma diyarlarımızda haqq-ədaləti bərpa edəcəklər"!

Rəcəbov sonda isə "Qarabağ Azərbaycandır! Qarabağ hər zaman Vətənimizin ayrılmaz hissəsi olub və olacaq"! yazıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"