Azərbaycan millisi Polşaya uduzdu, mübarizəni dayandırdı

29 Avqust 2020 01:10 Şahmat 743
Azərbaycan millisi Polşaya uduzdu, mübarizəni dayandırdı

Ümumdünya Şahmat Olimpiadasının "Top-divizion"unda 1/4 final mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, onlayn yarışda B qrupunu 14 xalla birinci pillədə başa vuran Azərbaycan millisi bu raundda Polşa ilə üz-üzə gəlib.

Yığma ilk dueldə rəqibinə 2:4 uduzsa da, ikinci qarşılaşmada hesabı bərabərləşdirə bilib. Qalibi müəyyənləşdirmək üçün komandalar arasında "armageddon" oynanılıb.

Burada Günay Məmmədzadə Monika Soçko ilə qarşılaşıb və məğlub olub. Bununla da Azərbaycan olimpiadada mübarizəni dayandırıb.

Azərbaycan - Polşa 2:4

Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda 0:1

Rauf Məmmədov - Radoslav Voytaşek 0:1

Günay Məmmədzadə - Monika Soçko 0,5:0,5

Gülnar Məmmədova - Karina Sifka 0:1

Vüqar Əsədli - Şimon Qumularz 0,5:0,5

Xanım Balacayeva - Alisa Sviliçka 1:0

Azərbaycan - Polşa 4,5:1,5

Xanım Balacayeva - Alisa Sviliçka 0:1

Teymur Rəcəbov - Yan-Kşiştof Duda 0,5:0,5

Ülviyyə Fətəliyeva - Karina Sifka 1:0

Vüqar Əsədli - Şimon Qumularz 1:0

Rauf Məmmədov - Radoslav Voytaşek 1:0

Günay Məmmədzadə - Monika Soçko 1:0

"Armageddon"

Günay Məmmədzadə - Monika Soçko 0:1

1/4 final mərhələsinin digər görüşlərində Hindistan Ermənistanı, Rusiya Macarıstanı, ABŞ isə Ukraynanı məğlub edib. Polşa yarımfinalda Hindistanla, Rusiya isə ABŞ-la qarşılaşacaq.

Ümumdünya Şahmat Olimpiadasında yarımfinal görüşləri avqustun 29-da, final isə avqustun 30-da gerçəkləşəcək. Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edir.

Azərbaycan Şahmat Federasiyası tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adı daxil edilib. Komandanın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!