Yığmamız 1/4 finalda - potensial rəqibləri dəqiqləşdi

24 Avqust 2020 11:34 Şahmat 669
Yığmamız 1/4 finalda - potensial rəqibləri dəqiqləşdi

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Top-divizion komandaların oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi daha 3 matç keçirib.

Eltac Səfərli və Rəhim Qasımovun kapitanı olduğu komandamız inamlı çıxış sayəsində görüşlərin hər 3-ünü qələbə ilə başa vurub. Şahmatçılarımız qrup mərhələsinin sonuncu günündə İspaniya, Norveç və Fransadan güclü olub.

9 turdan sonra 14 xal toplayan yığmamız qrup lideri kimi birbaşa 1/4 finala vəsiqə qazanıb. Komandamız ikinci olan Macarıstanı əlavə göstəricilərdə qabaqlayıb. Macarlarla yanaşı, Ukrayna mübarizəni pley-offda davam etdirəcək.

Təmsilçimizin rəqibi isə C qrupunun ikincisi və D qrupunun üçüncüsünün oyununda dəqiqləşəcək. Top-divizionda hərəsində 10 ölkə olmaqla, 4 qrupda oyunlar keçirilir.
B qrupu
VII tur
İSPANİYA – AZƏRBAYCAN - 2:4

David Quijarro – Teymur Rəcəbov - 0:1
Aleksey Şirov – Rauf Məmmədov - 0:1
Anna Matnadze – Günay Məmmədzadə - 0:1
Sabrina Qutieres – Gülnar Məmmədova - 1:0
Lans De La Fugnte – Vüqar Əsədli - 0,5:0,5
Marta Qarsiya – Xanım Balacayeva - 0,5:0,5

Turun digər oyunları: Qazaxıstan - Macarıstan - 2,5:3,5; Ukrayna - Niderland - 4,5:1,5; Norveç - Fransa - 2:4; Slovakiya - CAR - 3,5:2,5.

VIII tur
AZƏRBAYCAN – NORVEÇ - 5,5:0,5

Şəhriyar Məmmədyarov - Olaf Frode Urkedal - 0,5:0,5
Rauf Məmmədov - Gyrik Qullaksen - 1:0
Gülnar Məmmədova - Monika Maçlik - 1:0
Ülviyə Fətəliyeva - Gdit Maçlik - 1:0
Vüqar Əsədli - Yohannes Hauq - 1:0
Gövhər Beydullayeva - Tira Kvendset - 1:0

Turun digər oyunları: Niderland - Fransa - 4,5:1,5; Macarıstan - İspaniya - 2:4; CAR - Qazaxıstan - 1:5; Ukrayna - Slovakiya - 5,5:0,5

IX tur
FRANSA – AZƏRBAYCAN - 2,5:3,5

Mark Andrea Mauritstsi - Rauf Məmmədov - 0:1
Timote Razafindratsima – Qədir Hüseynov - 1:0
Anael Afraui - Günay Məmmədzadə - 0,5:0,5
Mari Sebaq - Türkan Məmmədyarova - 0,5:0,5
Teo Bressi - Aydın Süleymanlı - 0,5:0,5
Florens Rollo - Gövhər Beydullayeva - 0:1

Turun digər oyunları: Slovakiya - Niderland - 2:4; Qazaxıstan - Ukrayna - 3,5:2,5; İspaniya - CAR - 6:0; Norveç - MAcarıstan - 2:4.

Yekun cədvəl: Azərbaycan, Macarıstan – hər ikisi 14 xal, Ukrayna, Qazaxıstan, İspaniya – hər üşü 13, Niderland - 9, Slovakiya - 8, Fransa - 4, Norveç - 2, CAR - 0.

Top-divizion komandaların 4 qrupda mübarizəsi yekunlaşdıqdan sonra Azərbaycan yığmasının da potensial rəqibləri bəlli olub.

B qrupundan 1-ci yerlə birbaşa 1/4 finala yüksələn komandamız Bolqarıstan – Polşa cütünün qalibi ilə üz-üzə gələcək. C qrupunun ikincisi ilə D qrupunun üçüncüsü avqustun 27-də münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmanın ertəsi günü isə 1/4 final mərhələsi keçiriləcək.

Azərbaycan şahmatçıları kimi, Hindistan, Rusiya və ABŞ milliləri də qrup mərhələsini lider kimi bitiriblər. Onlar 1/4 finala yüksəldiyi halda, Çin, Almaniya, Macarıstan Ukrayna, Bolqarıstan, Ermənistan, Yunanıstan və Polşa 1/8 finalda oynayacaqlar.

Digər Xəbərlər
Xəbər Lenti