Azərbaycan yığması pley-offa adlaya biləcəkmi?

23 Avqust 2020 16:40 Şahmat 777
Azərbaycan yığması pley-offa adlaya biləcəkmi?

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Top-divizion komandaların oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi ikinci gündə daha 3 oyun keçirib.

Eltac Səfərli və Rəhim Qasımovun kapitanı olduğu komandamız bu dəfə 3 görüşdən yalnız 1-dən qələbə ilə ayrılıb. Ukrayna və Qazaxıstana uduzan yığmamız Slovakiyadan üstün olub.

Şahmatçılarımız qrup mərhələsinin sonuncu günündə - avqustun 23-də İspaniya, Norveç və Fransa ilə üz-üzə gələcək.

4 qrupda mübarizə başa çatdıqdan sonra 1-ci yeri tutan komandalar birbaşa 1/4 finala yüksələcək. Qrupda 2-ci və 3-cü pillədə qərarlaşacaq ölkələr 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.

B qrupu
IV tur

AZƏRBAYCAN – UKRAYNA - 2,5:3,5
Şəhriyar Məmmədyarov – Vasili İvançuk - 1:0
Teymur Rəcəbov – Anton Korobov - 0,5:0,5
Günay Məmmədzadə – Yuliya Osmak - 0:1
Gülnar Məmmədova – İnna Qaponenko - 0,5:0,5
Vüqar Əsədli – Kirill Şevçenko - 0:1
Xanım Balacayeva – Mariya Berdnık - 0,5:0,5

Turun digər oyunları: Niderland - İspaniya - 2,5:3,5; Norveç - Qazaxıstan - 2:3; Fransa - Slovakiya - 1,5:4,5; Macarıstan - CAR - 6:0.

V tur
SLOVAKİYA - AZƏRBAYCAN - 1:5

Viktor Qazik - Şəhriyar Məmmədyarov - 0:1
Lyubomir Ftançik - Rauf Məmmədov - 0:1
Yuliya Movsesyan - Günay Məmmədzadə - 0:1
Suzana Çibiçkova - Gülnar Məmmədova - 0,5:0,5
Samir Sahidi - Aydın Süleymanlı - 0:1
Dominika Ferkova - Xanım Balacayeva - 0,5:0,5

Turun digər oyunları: CAR - Niderland - 1,5:5,5; Ukrayna - Macarıstan - 2:4; Qazaxıstan - Fransa - 6:0; İspaniya - Norveç - 4,5:1,5.

VI tur
AZƏRBAYCAN - QAZAXISTAN - 2,5:3,5

Şəhriyar Məmmədyarov - Rinat Cumabayev - 1:0
Teymur Rəcəbov – Rüstəm Xusnutdinov - 0,5:0,5
Günay Məmmədzadə - Bibisara Assaubayeva - 0,5:0,5
Gülnar Məmmədova - Qulisxan Nahbayeva - 0:1
Aydın Süleymanlı - Denis Maxnev - 0:1
Xanım Balacayeva - Merugrt Kamalidenova - 0,5:0,5

Turun digər oyunları: Niderland - Norveç - 3,5:2,5; Fransa - İspaniya - 1,5:4,5; Macarıstan - Slovakiya - 4:2; CAR - Ukrayna - 2:4.

VI turdan sonra turnir cədvəli: Macarıstan - 10 xal, Ukrayna, Qazaxıstan, İspaniya – hər ikisi 9, Azərbaycan - 8, Slovakiya - 6, Niderland - 5, Norveç, Fransa – hər ikisi 2, CAR - 0.

Azərbaycan millisi bu gün B qrupunda son görüşlərini keçirəcək. komanda yarışın üçüncü günündə İspaniya, Norveç və Fransa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti