Azərbaycan yığmasının qarşısında əzildilər - FOTO

22 Avqust 2020 17:10 Şahmat 850
Azərbaycan yığmasının qarşısında əzildilər - FOTO

FİDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada Top-divizion komandaların oyununa start verilib.

Sportinfo.az xəbər verir ki, B qrupunda yer alan Azərbaycan millisi ilk gündə 3 oyun keçirib.

Eltac Səfərli və Rəhim Qasımovun kapitanı olduğu komandamız hər 3 görüşdən qələbə ilə ayrılıb. Təmsilçimiz Niderlandla görüşdə rəqibini 1 xal hesabı ilə məğlub etsə də, Cənubi Afrika Respublikası və Niderlanda asanlıqla qalib gəlib.

Şahmatçılarımız avqustun 22-də Ukrayna, Qazaxıstan, Slovakiya, bir gün sonra İspaniya, Norveç və Fransa ilə üz-üzə gələcək.

4 qrupda mübarizə başa çatdıqdan sonra 1-ci yeri tutan komandalar birbaşa 1/4 finala yüksələcək. Qrupda 2-ci və 3-cü pillədə qərarlaşacaq ölkələr 1/4 finala yüksəlmək uğrunda mübarizə aparacaq.

B qrupu
I tur
AZƏRBAYCAN – NİDERLAND - 3,5:2,5

Şəhriyar Məmmədyarov – Aniş Qiri - 0:1
Teymur Rəcəbov – Yorden Van Forest - 1:0
Günay Məmmədzadə – Jaoqin Penq - 1:0
Gülnar Məmmədova – Anne Haast - 0,5:0,5
Vüqar Əsədli – Maks Varmerdam - 0:1
Xanım Balacayeva – Maçteld Van Forest - 1:0

Turun digər oyunları: Macarıstan - Fransa - 3,5:2,5; CAR - Norveç - 2:4; Ukrayna - İspaniya - 3:3; Slovakiya - Qazaxıstan - 2:4.

II tur
AZƏRBAYCAN – MACARISTAN - 5:1

Teymur Rəcəbov - Viktor Erdoş - 1:0
Rauf Məmmədov - İmre Baloq - 1:0
Günay Məmmədzadə - Petra Papp - 1:0
Gülnar Məmmədova - Anita Qara - 0,5:0,5
Vüqar Əsədli - Adam Kozak - 0,5:0,5
Xanım Balacayeva - Dorina Demetr - 1:0

Turun digər oyunları: Niderland - Qazaxıstan - 3:3; İspaniya - Slovakiya - 2,5:3,5; Norveç - Ukrayna - 1:5; Fransa - CAR - 6:0.

III tur
CAR – AZƏRBAYCAN - 0,5:5,5

Kenni Solomon - Rauf Məmmədov - 0:1
Daniel Barriş – Qədir Hüseynov - 0:1
Çarliz Van Zil - Türkan Məmmədyarova - 0,5:0,5
Rebekka Silkirk – Ülviyə Fətəliyeva - 0:1
Banele Mhanqo - Aydın Süleymanlı - 0:1
Nina Marais – Gövhər Beydullayeva - 0:1

Turun digər oyunları: Macarıstan - Niderland - 4:2; Ukrayna - Fransa 5,5:0,5; Slovakiya - Norveç - 4,5:1,5; Qazaxıstan - İspaniya - 2,5:3,5

III turdan sonra turnir cədvəli: Azərbaycan – 6 xal, Ukrayna - 5, Slovakiya, Macarıstan – hər ikisi 4, Qazaxıstan, İspaniya – hər ikisi 3, Fransa, Norveç – hər ikisi 2, Niderland - 1, CAR - 0.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı