“Bəzi səhvlərimi düzəldə bildim, hər şey yaxşı oldu"

26 Noyabr 2023 03:00 Şahmat 1 046
“Bəzi səhvlərimi düzəldə bildim, hər şey yaxşı oldu"

“18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında rəqiblərim çox güclü idi”.

Sportinfo.az xəbər verir ki, bunu İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Ayan Allahverdiyeva deyib.

“Yarış çox gərgin keçdi. Ötən il dünya çempionatında ikinci yerə çıxmışdım. Bu il axır ki, birinci ola bildim”, - Azərbaycan idmançısı vurğulayıb.

“Bəzi səhvlərimi düzəldə bildim. Təcrübə də çox kömək etdi. Şükür Allaha, hər şey yaxşı oldu.

Üç dəfə heç-heçə etdim, 8 qələbə qazandım, 9,5 xal topladım”, - o deyib.

A.Allahverdiyeva bəzi rəqiblərinin güclü olduğunu vurğulayıb:

“Qazaxıstan, Ukrayna, Rusiya, Amerika şahmatçıları güclü oyun göstərdilər. Yarış gərgin keçdi”.

“Bu, mənim ən böyük uğurum idi. Qeyd edim ki, bundan əvvəl 3 dəfə Avropa çempionu olmuşam.

İnşallah, şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək. Bu, şahmat bayramıdır.

Çempionat yeni ildən əvvəl olur. Yarışda ən yaxşı şahmatçılar iştirak edir. Bu yarışdan sonra məni ora dəvət etdilər”, - A.Allahverdiyeva deyib.

A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 10:00 Ronaldinyo “Survivor”da