"Buna çox sevindim" - Baş katib açıqladı ki...

26 Noyabr 2023 11:30 Şahmat 1 281
"Buna çox sevindim" - Baş katib açıqladı ki...

“Bu il şahmatçılarımızın beynəlxalq yarışlarda qələbələri çox olub”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimova deyib.

O, Ayan Allahverdiyevanın qələbəsinə çox sevindiyini bildirib:

“Azərbaycan xalqını Ayan Allahverdiyevanın İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edirəm.

Dünya çempionu olmaq böyük nailiyyətdir. Ayanın çemponluğuna şəxsən şahid oldum və buna çox sevindim. Onun oyununun keyfiyyəti çox yüksəkdir”.

“Çox sevinirəm ki, bu il qələbələrimiz çox olub. Yeniyetmə şahmatçılarımız Avropadan ölkəmizə neçə-neçə medal gətiriblər.

Eləcə də qadın idmançılarımız beynəlxalq yarışlarda medallar qazandılar. Həmçinin digər şahmatçılarımız da dünya çempionatından medallarla qayıtdılar.

Ümid edirəm ki, şahmatçılarımız bizi gələcəkdə daha çox sevindirəcəklər”, - İlahə Qədimova əlavə edib.

A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Fevral 10:00 Ronaldinyo “Survivor”da