"Nə mənim, nə də onların millidə onun qədər çox əziyyəti olub"

1 Avqust 10:38 Şahmat 393
"Nə mənim, nə də onların millidə onun qədər çox əziyyəti olub"

Şəhriyar Məmmədyarov yığmadakı komanda yoldaşı Rauf Məmmədovun sosial şəbəkədəki paylaşımına reaksiya verib.

Bildiyiniz kimi, Rauf 2018-ci ildə Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasında yığmanın Ermənistan üzərində qazandığı parlaq qələbənin videosunu paylaşaraq başverənləri belə şərh etmişdi: “Biz bu günlərdə erməni vandalizmini gördük. Amma onlara intellektimizlə qalib gələcəyik!”

Sportinfo.az xəbər verir ki, Şəhriyar heç vaxt erməni şahmatçıya uduzmayan Raufun milli komandanın uğurlarında böyük pay sahibi olduğunu yazıb:

“Raufu Azərbaycan şahmatını Avropa birincisi edən və milli komandada 10 illər ərzində ən çox əziyyəti olan bir oyunçu kimi bilirəm. Nə mən, nə Teymur, nə də rəhmətlik Vüqarın bu qədər çox əziyyəti olub.

Hamımızdan çox Rauf özünü bu oyunlarda göstərib. Bir insan ki, ermənilərlə görüşdə hər zaman qara rəngi üzərinə götürən tək oyunçu olub. Rauf milli komandanın gəlmiş və keçmiş ən dəyərli oyunçusudu.

Bu oyunçu ilə eyni uğurları qazandığım üçün bunu hamıdan yaxşı bilirəm. Bugünkü statusu da onu göstərir ki, bu insanın əvəzi yoxdu. Hamımız Raufu sevirik. Və nə qədər Azərbaycan şahmatı varsa, deməli, Rauf var!".

Xəbər Lenti
4 Avqust 17:38 "Barselona" qiymət qoydu