"Bir insan ki ermənilərlə görüşdə..." - Şəhriyar Rauf haqda

29 İyul 2020 12:58 Şahmat 1 038
"Bir insan ki ermənilərlə görüşdə..." - Şəhriyar Rauf haqda

Azərbaycan şahmatçısı Rauf Məmmədovun sosial şəbəkədə 2018-ci ildə Batumidə keçirilən Dünya Şahmat Olimpiadasında yığmamızın Ermənistan üzərində qazandığı parlaq qələbənin videosunu paylaşaraq başverənləri belə şərh edib :

"Biz bu günlərdə erməni vandalizmini gördük. Amma biz onlara intellektimizlə qalib gələcəyik!".

Sportinfo.az xəbər verir ki, bu paylaşıma rəy bildirən tanınmış şahmatçı Şəhriyar Məmmədyarov heç vaxt erməni şahmatçıya uduzmayan həmkarının milli komandanın uğurlarındakı payından bəhs edib:

"Nə mən, nə Teymur və rəhmətlik Vüqarın bu qədər çox əziyyəti olmayıb. Hamımızdan çox Rauf özünü bu oyunlarda göstərib. Bir insan ki, ermənilərlə görüşdə hər zaman qara rəngi üzərinə götürən tək oyunçu olub.

Rauf milli komandanın gəlmiş və keçmiş ən dəyərli oyunçusudur. Bu oyunçu ilə eyni uğurları qazandığım üçün bunu hamıdan yaxşı bilirəm. Bugünkü statusu da onu göstərir ki, bu insanın əvəzi yoxdur. Hamımız Raufu sevirik. Və nə qədər Azərbaycan şahmatı varsa, deməli, Rauf var!”.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!