Naxçıvandakı Olimpiada təxirə salındı - RƏSMİ

4 İyul 2020 18:06 Şahmat 789
Naxçıvandakı Olimpiada təxirə salındı - RƏSMİ

Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış koronavirus pandemiyasına görə təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası təyin olunan vaxtda baş tutmayacaq.

Beynəlxalq Şahmat Federasiyasının qərarına əsasən turnir bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2 - 12 oktyabra planlaşdırılan yarış 2021-ci ildə olacaq. Turnirin dəqiq tarixləri hələ ki, bəlli deyil.

Qeyd edək ki, ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan yığması çempion olub.

Milli komanda 16 xal toplamaqla 37 dövlətin təmsilçilərini, o cümlədən, Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrini geridə qoyub. Kollektiv Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub etdiyi halda, yalnız Özbəkistan və Ukrayna ilə heç-heçə edərək liderliyi sonadək qoruyub.

Koronavirus pandemiyası səbəbindən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasından başqa Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2020 superturniri də təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır