"Yaxşı ki, ilk günün əvəzini çıxa bildim"

29 İyun 2020 18:06 Şahmat 881
"Yaxşı ki, ilk günün əvəzini çıxa bildim"

“Chessable Masters” onlayn turnirinin qrup mərhələsinə yekun vurulduğunu xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, 12 iştirakçı arasında yer alan Teymur Rəcəbov B qrupunda 5-ci yeri tutmaqla pley-offdan kənarda qalıb.

Bunun da səbəbi yığmamızın üzvünün ilk dövrəni çox zəif keçirməsidi. Belə ki, Rəcəbov 5 oyunda cəmi 1,5 xal toplamaqla pley-off şansına ciddi zərbə vurmuşdu.

Düzdüк, ikinci mərhələdə vəziyyəti dəyişməyə cəhd etdi. Bununla belə, qazanılan 3 xal (cəmi 4,5) növbəti mərhələyə adlamaq üçün yetərli olmadı.

Mübarizədən kənarda qalsa da, həmyerlimizin ikinci dövrədə sərgilədiyi oyun mütəxəssislərin diqqətini çəkib. Populyar chess.com saytı Teymurun parlaq çıxışına bu cümlələrlə “işıq salıb”:

“Teymur Rəcəbov turniri alnıaçıq tərk edir. Maksim Vaşye-Laqravı gözəl üslubda məğlub etdi (görünür, Rəcəbov fransalı ilə oyuna xüsusi köklənib. Axı Vaşye-Laqrav İddiaçıların turnirinə məhz Teymurun imtinasından sonra dəvət almışdı).

Fabiano Karunanı da yenməyə yaxın idi. Sonda heç-heçə qeydə alınsa da, partiya ətraflı incələnməyə layiqdi. Bütün şahmat həvəskarları Rəcəbovun ifasında “qədim hind müdafiəsi” üçün darıxacaq”.

Rəcəbov özü də adı çəkilən sayta turnirlə bağlı təəssüratını bölüşüb. Həmyerlimiz ikinci dövrədəki çıxışından məmnunluğunu ifadə edib:

“Əla turnir, əla ikinci gün, “qədim hind müdafiəsi”ndə çoxlu mübarizə. Yaxşı ki, ilk günün əvəzini çıxa bildim. Amma təəssüf ki, növbəti mərhələyə adlaya bilmədim. Maqnus Karlsenə “sağ ol” deyirəm”.

Fransalı şahmatçının çıxışı haqda isə bu sətirləri oxumaq mümkündü: “Vaşye-Laqravın faciəsi hamını heyrətləndirdi. Halbuki ilk oyun günündən sonra Giri ilə 1-ci yeri bölüşürdü. Amma ikinci dövrədə ardıcıl 4 oyunda uduzdu. Qeyd etmək lazımdıк ki, debütlər zamanı eksperimentlərə yol verdi”.

Xəbər Lenti