Prezidentdən Aynur Sofiyevaya 50 yaş təltifi - FOTO

23 İyun 2020 18:20 Şahmat 1 978
Prezidentdən Aynur Sofiyevaya 50 yaş təltifi - FOTO

Prezident İlham Əliyev Aynur Məmmədiyyə qızı Sofiyevanı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sportinfo.az xəbər verir ki, Aynur Sofiyeva 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olub.

1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinifinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub, 1991-ci ildə buranı fərqlənmə diplomu ilə başa vurub.

1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası üzrə də təhsil alıb.

1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb.

Aynur Sofiyeva ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Onu da qeyd edək ki, A.Sofiyeva 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. O, 16 yaşında qızlar arasında SSRİ çempionu, 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), 20 yaşadək qızlar arasında isə dünya çempionatının gümüş medalçısı olub.

A.Sofiyeva 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibidir.

1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.

2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.

2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.

O, «Xəzər Lənkəran» və «Karvan»ın keçmiş baş məşqçisi, hazırda AFFA-nın Texniki Direktorunun müavini işləyən Yunis Hüseynovun həyat yoldaşıdır.

Xəbər Lenti