10 min dolları ərəblərdən aldı - Azərbaycanlı

14 İyun 2020 13:00 Şahmat 850
10 min dolları ərəblərdən aldı - Azərbaycanlı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Sharjah Chess” klubunun təşkilatçılığı ilə keçirilən şahmatın rapid növü üzrə onlayn beynəlxalq turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, iyunun 13-də keçirilən qarşılaşmalarda polşalı Radoslav Voytaşek, özbəkistanlı Rüstəm Qasımcanov, Pentala Xarikrişna (Hindistan) ilə heç-heçə edən şahmatçımız son iki turda misirli Bassem Amin və BƏƏ təmsilçisi Saleh Salem üzərində qələbə qazanıb.

Yekun nəticədə 7,5 xal toplayan şahmatçımız turnirin qalibi olub və 10 min dollar qazanıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı