"Mən bunu gözləmirdim və etiraf edim ki, yanıldım"

13 İyun 2020 17:10 Şahmat 590
"Mən bunu gözləmirdim və etiraf edim ki, yanıldım"

Rusiyanın Yekaterinburq şəhərində keçirilən, amma məlum səbəblərdən ilk dövrədən sonra dayandırılan İddiaçıların turniri hələ də şahmat dünyasında müzakirə olunan mövzulardandır.

Teymur Rəcəbovun boykot qərarı ilə də yadda qalan yarış haqda fərqli fikirlər səslənir.

Sportinfo.az xəbər verir ki, bu dəfə çexiyalı qrossmeyster David Navara martda yaşananlarla bağlı mövqeyini açıqlayıb: “Öncə düşünürdüm ki, hər şey yaxşı olacaq. Çünki həmin vaxt Rusiyada vəziyyət nisbətən sakit, təhlükəsiz idi.

Amma starta təxminən 5 gün qalmış başa düşdüm ki, turnir uzun marafondu və nəsə dəyişə bilər. Əlbəttə, hadisələrin belə sürətlə dəyişəcəyini, hər gün hansısa ölkənin sərhədləri bağlayacağını təxmin edə bilməzdim.

Mən bunu gözləmirdim və etiraf edim ki, yanıldım. Amma start verildisə və sonradan dayandırıldısa, təşkilatçılar bir istisna ilə yaxşı addım atdılar. Yalnız o şəkildə açılış mərasimi təşkil etmək axmaqlıq idi. Qalan qərarlar düzgün idi.

Mübarizənin yarımçıq dayandırılması yeganə məntiqli addım idi. Ümumilikdə mən də turinirin keçirilməsini istəyirdim. Sonradan isə müəyyən şübhələrim yarandı.

Çoxları təhlükənin miqyasını qiymətləndirməkdə çətinlik çəkirdi. Hətta məsləhətçiləri olan siyasətçilər belə. Təxmin etmək birbaşa onların işidi, mənim yox.

İştirakçılar arasında yer alsaydım, necə oynayardım? Bilmirəm. Belə güclü turnirlərdə, adətən, yaxşı çıxış etmirəm. Yəqin ki, qeyri-adi mühit və şərtlər mənə də təsir edərdi. Amma bunu da əminliklə deyə bilmirəm.

Şəxsi həyatımda bir dönəm olub. Nənəm ağır xəstələnmişdi, valideynlərim ayrılmışdılar, şəxsi həyatımda da yaxşı heç nə yox idi. Bütün bunlara rəğmən, həmin vaxt çox güclü oynayırdım. Yəni qətin söz deməyin yeri yoxdu. Turnirə start verəndə, necə olacağını bilmirsən”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı