Dünya çempionatının "qapılar"ı bizimkilərin üzünə bağlandı

23 May 2020 21:40 Şahmat 737
Dünya çempionatının "qapılar"ı bizimkilərin üzünə bağlandı

Sportinfo.az xəbər verir ki, bu ilin sentyabrında Rumıniyada keçirilməsi planlaşdırılan şahmat üzrə gənclər arasında dünya çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı xəbər yayıb.

Turnir Rumıniya Şahmat Federasiyasının istəyindən sonra FIDE-nin İdarə Heyətinin qərarı ilə başqa vaxta keçirilib. Dünya çempionatının yeni tarixi yarışın startına 4 ay qalmış açıqlanacaq.

Dünya çempionatında azərbaycanlı şahmatçıların da iştirakı gözlənilirdi.

Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi