Azərbaycanlı Fransa çempionu oldu - FOTO

18 May 2020 10:24 Şahmat 493
Azərbaycanlı Fransa çempionu oldu - FOTO

Onlayn blits şahmat üzrə açıq Fransa çempionatı keçirilib.

Sportinfo.az xəbər verir ki, 700-dən çox şahmatçının qatıldığı yarışda Azərbaycan qrossmeysterləri də mübarizə aparıblar.

İsveçrə sistemi ilə keçirilən ilk mərhələ 15 turdan ibarət olub. İlk 16 yerin sahibi final mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan şahmatçılarından yalnız üçü həlledici raunda çıxıb. Eltac Səfərli 4-cü, Qədir Hüseynov 5-ci, Rauf Məmmədov 12-ci yeri tutub. Hər üç şahmatçı 11,5 xal toplayıb.

1/8 finalda Rauf Qədiri 1,5:0,5 hesabı ilə məğlub edib. Eltac isə Evgenios İoannidisi (Yunanıstan) üstələyib – 2:0. Növbəti mərhələdə yenə Azərbaycan dueli baş tutub və Rauf bu dəfə də 1,5:0,5 hesabı ilə qalib gəlib.

Yarımfinalda ilkin mərhələnin qalibi Vasili İvançuk (Ukrayna) üzərində 2:1 hesablı qələbə qazanan Məmmədov finalda Kristian Bauerlə (Fransa) görüşüb. 3:1 hesablı qələbə təmsilçimizə Fransa çempionu titulu qazandırıb.

Turnirdə tanınmış şahmatçılardan Alireza Firuzya, gənclər arasında dünya çempionu Maksim Laqar, Fransa çempionu Sofi Milye kimi iştirakçılar da qüvvəsini sınayıb.

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı