Sirrini açdı - Oyunlardan əvvəl alkoqol qəbul edirmiş

30 Dekabr 2023 08:20 Şahmat 646
Sirrini açdı - Oyunlardan əvvəl alkoqol qəbul edirmiş

Norveçli qrossmeyster Maqnus Karlsen onlayn şahmat turnirlərində iştirak edərkən spirtli içki qəbul etdiyini etiraf edib.

Sportinfo.az xəbər verir ki, o, yalnız onlayn oyunlardan əvvəl bunu etdiyini bildirib:

“Bəli, bəzən spirtli içki qəbul etdikdən sonra onlayn turnirlərdə oynayıram.

Amma bu o demək deyil ki, digər şahmatçılara da daha ciddi turnirlərdə bunu tövsiyə edirəm. Şəxsən özüm bunu etməzdim”.

Səmərqənddə (Özbəkistan) keçirilən rapid üzrə dünya çempionu olan Karlsen müxtəlif onlayn turnirlər təşkil etməklə ad qazanıb. Özbəkistandakı çempionluq onun üçün karyerasında 5-ci olub.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!