Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu

10 May 2020 00:42 Şahmat 674
Rəcəbovun komandası Millətlər Kubokunda sonuncu oldu

Şahmat üzrə onlayn Millətlər Kubokunda əsas mərhələyə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbovun çıxış etdiyi Dünya yığması yarışı 4 xalla 6 komanda arasında sonuncu pillədə başa vurub.

FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq etdiyi kollektiv 10 görüşdən 1 qələbə, 2 heç-heçə və 7 məğlubiyyətlə ayrılıb.

Birinci yeri 17 xalla Çin tutub. ABŞ və Avropa hərəyə 13 xal toplasa da, amerikalılar lövhələrdə daha çox xal yığdıqları (ABŞ - 22, Çin - 21,5) üçün ikinci pilləyə layiq görülüblər.

Rusiya 8 xalla dördüncü, Hindistan 5 xalla beşinci yeri tutub. Beləliklə, mayın 10-da keçiriləcək Superfinalda Çin və ABŞ üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR