Azərbaycanlı məşhur çətinlik çəkdiyini etiraf etdi - Millətlər Kubokunda

8 May 2020 11:34 Şahmat 755
Azərbaycanlı məşhur çətinlik çəkdiyini etiraf etdi - Millətlər Kubokunda

"Gözəl oyunlar, çoxlu mübarizə oldu".

Sportinfo,az xəbər verir ki, bu fikirləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov Onlayn Millətlər Kubokunun 5-6-cı tur qarşılaşmaları barədə şəxsi "Twitter" hesabında yazıb.

33 yaşlı qrossmeyster uzun fasilədən sonra yenidən təzyiqin olduğunu bildirib. Rəcəbov onlayn şahmata uyğunlaşmaqda çətinlik çəkdiyini etiraf edib: "Vaxt idarəetməsi pisdir.

Klassik şahmat rejimində oynayırıq. Uyğunlaşmaq lazımdır. Bunun üçün praktika, praktika və praktika toplamalıyam. 2021-ci ilə doğru formama qayıdacağıma inanıram".

Teymur Rəcəbovun yer aldığı dünya yığması V turda Avropa yığmasına (1.5:2.5), VI turda isə Çinə (0,5:3,5) uduzub. Azərbaycanlı şahmatçı hələ ki, onlayn yarışda qələbə qazana bilməyib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"