Gənc azərbaycanlı şahmatçı Elvin Baim 2017-ci ilin aprel ayı üçün öz yaş kateqoriyasında ən yaxşı 100 şahmatçı siyahısına daxil edilib.
Sportinfo.az xəbər verir ki, ABŞ Milli Şahmat Federasiyasının reytinqinə əsasən, Elvin 1426 xalla 56-cı sırada qərarlaşıb.
TOP-100-ə ABŞ-dan olmayan yalnız iki şahmatçı düşə bilib. Elvin Baim Azərbaycanda bir çox tanınmış xəbər saytlarının keçmiş baş redaktoru olmuş Elnur Baimovun oğludur.
Baimovlar ailəsi hazırda ABŞ-da yaşayır. Elvin Baim tanınmış qrasmeyster Ülvi Bacaraninin atası, şahmatçı İlqar Bacaraninin tələbəsidir.