Yaxşı xəbər olmadı: "Onu qaytarmağımız mümkün deyil"

4 May 2020 11:00 Şahmat 576
Yaxşı xəbər olmadı: "Onu qaytarmağımız mümkün deyil"

FIDE-nin baş direktoru Emil Sutovski şahmat yığmamızın üzvü Teymur Rəcəbovun dünya şahmat tacına İddiaçıların turnirinə qayıtmaq perspektivinə toxunub.

Sportinfo.az xəbər verir ki, “Chessbase” portalına danışan sabiq bakılı bunun mümkün olmadığını desə də, növbəti analoji yarışla bağlı “yaşıl işıq yandırıb”:

“Praktik və qanuni müstəvidə hər şeyi düzgün etdiyimizi düşünürük. Praktik ona görə ki, ilk dövrəni keçirməyi bacardıq. Amma təəssüf ki, Rusiya hökumətinin məlum qərarına əsasən daha artığını edə bilmədik və nəticədə turniri yarımçıq saxlamaq məcburiyyətində qaldıq.

Əlbəttə, biz belə sonluğu təxmin edə bilməzdik. Bununla belə, idmançıların sağlamlığı və xoşagəlməz olayların baş verməməsi üçün hər şeyi etdik. Start haqda qərarımız məntiqlidi, sadəcə, həmin an lazımi informasiyaya malik deyildik.

Geriyə dönərək, “mən belə olacağını görürdüm” demək asandı. Bununla yanaşı, Rəcəbov İddiaçıların turnirində iştirak etməyə layiq idi, bu haqqı qazanmışdı. Və onun ehtiyatlanması da başadüşüləndi. Yəni bu, imtinaya yol açan adi bəhanə deyildi.

Hüquqi cəhətdən bizdə hər şey qaydasındadı. Bununla bağlı vəkillərimizlə bir daha məsləhətləşmişik. Amma bizim FIDE-də əsas iş prinsipimiz ədalətli olmağa əsaslanır. Məhz buna görə də Rəcəbovu 2022-ci ildə keçiriləcək İddiaçıların turnirinə dəvət etmək variantını müzakirə edirik.

Amma onu hazırkı yarışa qaytarmağımız mümkün deyil. İlk dövrədən sonra iştirakçılarla belə söhbət oldu ki, yarış eyni şahmatçılarla və xal durumu ilə qaldığı yerdən davam etdiriləcək. Eyni zamanda 2022-ci il tsikli üçün də balans axtarırıq. Hazırda heç bir qərar yoxdu. Amma biz müxtəlif variantları müzakirə edirik”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!