İki məşhur azərbaycanlı dünyada ilkə imza atır

24 Aprel 2020 19:15 Şahmat 617
İki məşhur azərbaycanlı dünyada ilkə imza atır

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov Amerikanın USChesshub təşkilatı tərəfindən təşkil edilən və "chess.com" saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, şahmatçımız 20 nəfərlə seans oynayacaq.

Həmin 20 nəfər 45 dəqiqə+10 saniyə, Məmmədyarov isə 90 dəqiqə+10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi olacaq.

Bu mərhələ "Zoom" proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı digər məşhur qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Həmin yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atmış şahmatçımızdır. Sözügedən seans may ayının 3-də keçiriləcək.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"