180 min dollara iddia edən azərbaycanlı - FOTO

23 Aprel 2020 10:15 Şahmat 1 072
180 min dollara iddia edən azərbaycanlı - FOTO

Beynəlxalq Şahmat Federasiyası (FIDE) və Chess.com saytının təşkilatçılığı ilə Onlayn Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarışda Teymur Rəcəbov da qüvvəsini sınayacaq.

35 yaşlı qrossmeyster 5 - 10 mayda keçiriləcək nüfuzlu turnirdə dünya yığmasının heyətində yer alacaq.

Onlayn Millətlər Kubokunda 6 komanda - Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünya yığması 180000 ABŞ dolları məbləğində mükafat uğrunda mübarizə aparacaq.

Hər komandanın heyətində ən azı bir qadın şahmatçı olacaq. Komandalar mayın 9-dək iki dövrəlik mübarizə aparacaqlar. Mayın 10-da isə Superfinal olacaq. Komandaların tam heyəti bu gün dəqiqləşəcək.

Xəbər Lenti