O, "Qarabağ"la bağlı "açdı sandığı, tökdü pambığı"...

17 Aprel 2020 20:00 Şahmat 973
O, "Qarabağ"la bağlı "açdı sandığı, tökdü pambığı"...

«Futbol idmanın «şah»ıdır və mən bu oyunun azarkeşiyəm».

Sportinfo.az xəbər verir ki, bu sözlər şahmat üzrə millimizin lideri Şəhriyar Məmmədyarova məxsusdur.

Beynəlxalq dərəcəli qrossmeyster «Qarabağ»ın fanatı olduğunu bildirib: «Dünyada heç bir idman yarışı futbol qədər ajiotaj doğurmur. Ən mötəbər turnirlər bu idman növü üzrə keçirilir.

Əvvəl klublarımız beynəlxalq oyunlara çıxanda, fikirləşirdim ki, yenə uduzacağıq, bir ümidsizlik var idi. «Qarabağ»ın sayəsində bu fikrim dağıldı. Artıq stadiona ümidlə yollanıram, inanıram ki, qələbə qazanacağıq.

«Qarabağ» bizi artıq qələbələrə öyrəşdirib. Bacardığım qədər çalışıram ki, onları hər dəfə stadiondan dəstəkləyim. Vaxt tapdıqca, «Qarabağ»ın oyunlarına gedirəm. İstərdim ki, Azərbaycanın digər klubları da öz uğurları ilə xalqımızı sevindirsinlər, biz onları dəstəkləyək.

Yadıma gəlir ki, «Qarabağ» 2017-ci ildə İspaniyaya gəlmişdi – «Atletiko» ilə oyuna. Həmin vaxt biz də bu ölkədə idik və bu oyunun ertəsi gün Ermənistan yığmasıyla qarşılaşacaqdıq.

«Qarabağ»ın oyunundan əvvəl qaldığımız məkanda hamı «Atletiko»nun asanlıqla qələbə qazanacağından danışırdı. Heç kim inanmırdı ki, «Qarabağ» burada yaxşı nəticə qazanar, deyirdilər ki, bu, sadəcə, mümkün deyil.

Amma «Qarabağ» inanılmazı bacardı, Madriddən xal apardı. Sabahı gün isə biz bundan ruhlanıb, ermənilər üzərində qələbə qazandıq».

Xəbər Lenti