Məğlub Teymurdan paylaşım: "Darıxdırıcı başlanğıc və çılğın sonluq"

13 Aprel 2020 09:28 Şahmat 481
Məğlub Teymurdan paylaşım: "Darıxdırıcı başlanğıc və çılğın sonluq"

Azərbaycan şahmatçısı Teymur Rəcəbov ispaniyalı Pepe Kuensanın dəvəti ilə qatıldığı onlayn turnirdə məğlub olub.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster 1/4 final mərhələsində İspaniya şahmatının parlayan ulduzu David Antonla üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 7:6. Şahmatçılar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik qarşılaşmalar keçiriblər. 13 qarşılaşmanın 4-də ispaniyalı, 3-də isə Rəcəbov qələbə qazanıb, digər görüşlər heç-heçə yekunlaşıb.

Olimpiya sistemi ilə keçirilən turnir 1/4 final mərhələsindən başlayıb. Yarışda 8 şahmatçı mübarizə aparır. Aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları olacaq. David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.

Rəcəbov Antona uduzduqdan sonra "twitter"də paylaşım edib. O, təşkilatçı Pepe Kuensaya və "Chess24es" portalına təşəkkürünü bildirib. "Darıxdırıcı başlanğıc və çılğın sonluq! Növbəti görüşdə Antona uğurlar arzulayıram" - deyə Rəcəbov vurğulayıb.

Xəbər Lenti