Yığmamızın aparıcı fiquru özünü başqa sahədə sınayacaq - FOTO

11 Aprel 2020 10:52 Şahmat 509
Yığmamızın aparıcı fiquru özünü başqa sahədə sınayacaq - FOTO

Azərbaycan şahmatçısı Teymur Rəcəbov sosial şəbəkə vasitəsilə maraqlı paylaşım edib.

Sportinfo.az xəbər verir ki, qrossmeyster tvitter səhifəsində stolüstü tennis masası şəkli paylaşıb və özünü idmanın başqa sahələrində sınamaq istədiyini vurğulayıb.

Rəcəbov şahmatsız günlərini bu şəkildə keçirdiyini yazıb: "Digər sahələrdə də nələr edə biləcəyimi tezliklə görəcəm. Çox vaxtım var, çox güman ki, 2021-ci ilə qədər böyük şahmat turniri olmayacaq. Yeni reallıqla yaşamağın vaxtıdır".

Xəbər Lenti