"İndi belə alınır ki, kimisə kənarlaşdırmaq lazımdır?"

5 Aprel 2020 19:28 Şahmat 530
"İndi belə alınır ki, kimisə kənarlaşdırmaq lazımdır?"

“Teymur Rəcəbovun çıxışında Yekaterinburqda koronavirusa yoluxma təhlükəsinin olması var idi. Amma heç kim yoluxmadı”.

Sportinfo.az xəbər verir ki, bunu rusiyalı şahmatçı və şərhçi Sergey Şipov deyib.

Qrossmeyster FİDE və Azərbaycan şahmatçısı Teymur Rəcəbov arasında narazılıqlara münasibət bildirib. Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar Turnirinin koronavirus pandemiyası üzündən təxirə salınmasını istəyən, bu baş vermədikdən yarışa qatılmaqdan imtina edən təmsilçimizi fransalı Maksim Vaşye-Laqrav əvəzləyib.

Turnir I dövrədən sonra koronavirus üzündən təxirə salındıqdan sonra Teymur iştirakçılar arasında yerinin qaytarılması tələbi ilə çıxış edib. Şipov bunun mümkünsüzlüyünü açıqlayıb:

“Yekaterinburq şahmatçılar üçün tam təhlükəsiz yer oldu. Hamı burdan sağlam və toxunulmaz qayıdır. Teymur burda özünü sığortalayır. O, Maksim Vaşye-Laqravın yerinə oynamaq hüququna malik idi.

Gəlib, birinci dövrəni oynayıb, hamı kimi gedə bilərdi. İndi belə alınır ki, Teymur oynamayıb deyə gəlib çıxış edənlərdən kimisi kənarlaşdırmaq lazımdır? Maksim Vaşye-Laqravi əsla Rəcəbovla geri əvəzləmək olmaz.

O, Rəcəbovun imtinası fonunda müqavilə imzalayıb və yarışın liderlərindən biridir. Onu kənarlaşdırmaq mümkünsüzdür. Digər şahmatçılar da həmin əsasla deyəcək ki, biz qanunla hərəkət etmişik, gəlmişik, oynamışıq, ikinci dövrəni də keçirməyə hazırıq.

Bəs indi necə olsun? Bəyan edirəm ki, burda heç nə etmək olmaz. Turnir nə vaxtsa davam etdirilməlidir. Teymur Rəcəbova isə hansısa güzəştlər növbəti tsikldə verilməlidir. Bu, ən mümkün variantdır”.

Xəbər Lenti