Millimizin tanınan simasına İYNƏLİ SÖZLƏR dedi

4 Aprel 2020 10:38 Şahmat 584
Millimizin tanınan simasına İYNƏLİ SÖZLƏR dedi

“Günlərlə düşündükdən sonra Rəcəbov dilemmasını həll etdim”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Niderland şahmatçısı Aniş Giriyə məxsusdur.

Qrossmeyster FİDE və Azərbaycan şahmatçısı Teymur Rəcəbov arasında yaranan narazılıqlara münasibət bildirib. Sosial şəbəkədə paylaşım edən Giri təmsilçimizi İddiaçılar Turnirinə buraxılmasını məqsədəuyğun sayır:

“Hər şey çox sadədir. Əgər Teymur oynamaq istəyirsə və qəhrəmandırsa, mükafat qismində icazə verib. Əgər hesab edirsizsə ki, o canidir və oynamaq istəməyəcək, onda cəza kimi oynamasına icazə verin. Hər şey çox sadədir”.

Qeyd edək ki, Rəcəbov koronavirus pandemiyası üzündən Yekaterinburqda keçirilən İddiaçılar turnirinin təxirə salınması tələbi irəli sürüb. Bu baş vermədiyindən şahmatçımız yarışa qatılmaqdan boyun qaçırıb.

FİDE onu fransalı Maksim Vaşye-Laqravla əvəzləsə də, turnir birinci dövrədən sonra koronavirus səbəbindən dayandırılıb. Teymur turnir bərpa olunduğu vaxt iştirakçılar sırasına qayıtmalı olduğunu, FİDE isə iştirakçılar siyahısının dəyişməyəcəyini iddia edir.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!