Qardaşına vəzifə verildi

1 Aprel 23:10 Şahmat 269
Qardaşına vəzifə verildi

Azərbaycanlı mütəxəssis Sərxan Həşimov Avropa şahmat birliyinin qlobal strateğiya komitəsinin direktoru təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə qərarı qurumun idarə heyəti verib. Həşimov Avropa şahmat birliyində rəhbər vəzifədə çalışacaq ilk azərbaycanlı olub.

Həmyerlimiz bu vəzifəyə görəvləndirilməsində onun idarəetmə, strategiya inkişafı, sponsorluq üçün biznes təkliflərinin yaradılması sahəsindəki bacarıq və təcrübəsi, həmçinin dünya miqyasında aparıcı şirkətlərlə əlaqələri əhəmiyyətli rol oynayıb.

Avropa şahmat birliyinin ilk və yeganə azərbaycanlı təmsilçisinin əsas öhdəliklərinə idman fəaliyyətlərini dəstəkləmək üçün Beynəlxalq Biznes Mühitinin təhlili, əsas strateji prioritetlərin təbliği və hərtərəfli strateji plana çevrilməsi, sponsorluq, biznes və İT layihələrində qurumun strategiyasının tərtibi və həyata keçirilməsi, sponsorluq paketləri və B2B tərəfdaşlıqlarının yaradılması kimi məsələlər daxil olacaq.

Sərxan Həşimov Microsoft, SAP, Oracle, HP kimi qabaqcıl şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. O, regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə Microsoft-un qızıl mükafatına layiq görülüb.

O, həmçinin, iki il ərzində Oracle şirkətlərinin ən çox müvəffəqiyyət qazanmış əməkdaşları sırasında olub, SAP şirkətində isə ən yaxşı işçi adını qazanıb.

Sərxan qitə çempionu, tanınmış mərhum qossmeyster Vüqar Həşimovun böyük qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti