Məşhur azərbaycanlı ilk "10-luğ"u tərk etdi - FOTO

1 Aprel 10:38 Şahmat 113
Məşhur azərbaycanlı ilk "10-luğ"u tərk etdi -  FOTO

Beynəlxalq Şahmat Federasiyası (FİDE) aprel ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən dünya kubokunun qalibi Teymur Rəcəbov (2765 xal) 9-cu pillədəki yerini qoruyub.

Şəhriyar Məmmədyarov (2764) isə ilk onluğu tərk edib. O, 1 pillə geriləyərək 11-ci yerdə qərarlaşıb. Digər şahmatçılarımızdan Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2664) 74-cü, Rauf Məmmədov (2654) 91-ci pillədə qərarlaşıb.

Siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2863) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2835) 2-ci, Çin qrossmeysteri Dinq Liren (2 791) 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə (2 443 xalla) 29-cu, Gülnar Məmmədova (2 371) 77-ci pillədə yer alıb. Ötən reytinqlə müqayisədə Ülviyyə Fətəliyeva “100-lüy”ü tərk edib. Əvəzində isə qadınlar arasında son Azərbaycan çempionu Xanım Balacayeva (2376) 86-cı sıraya yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
24 May 11:00 Ağdamdan Ankaraya...