O, Azərbaycan yığmasının aparıcı simasına qarşı çıxdı

31 Mart 2020 23:20 Şahmat 503
O, Azərbaycan yığmasının aparıcı simasına qarşı çıxdı

Yarımçıq dayandırlmış İddiaçılar Turnirinin iştirakçısı Kirill Alekseyenko yarışın sonrakı taleyi ilə bağlı Rusiya mətbuatına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, oyunçu Teymur Rəcəbovla bağlı yaranmış duruma da münasibət bildirib:

"Rəcəbova 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirinə "Wild Kard" təklif olunur. Bu, daha məntiqli görünür. İndiki vəziyyətdə onu Vaşye Laqrafın əvəzinə turnirə daxil etmək olmaz.

Hazırda fransalı şahmatçı Yan Nepomnyaşiy ilə birlikdə liderdir və turnirin yarısı artıq oynanılıb. Rəcəbovun yarışa doqquzuncu oyunçu kimi daxil edilməsinə gəlincə, ümid edirəm ki, bu məsələdə obyektiv və vicdanlı davranılacaq".

Teymuru yarışda əvəzləyən Vaşye Laqrav məsələyə “çox gecdir” ifadəsi ilə qısa münasibət bildirib.

Xəbər Lenti