"Özü imtina etdi. biz ona qarşı hörmətsizlik etməmişik"

29 Mart 2020 10:52 Şahmat 722
"Özü imtina etdi. biz ona qarşı hörmətsizlik etməmişik"

Beynəlxalq Şhmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç iddiaçılar turnirini dayandırmaqları barədə danışıb.

Sportinfo.az xəbər verir ki, FIDE-nin rus rəhbəri həm də Teymur Rəcəbovun yarışdan imtina etməsindən də söz açıb.

“Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etdi. Teymura qarşı hörmətsizlik etməmişik. Ciddi tədbirlər görülmüşdü. Gündə 2 dəfə tibbi baxış, koronavirus testləri təşkil etdik.

Azarkeşlər turnirə buraxılmadı, media ilə ünsiyyətə məhdudiyyət qoyuldu. Bu, Rəcəbovun öz qərarı idi. Biz ona tibbi baxışdan keçməyi təmin edəcəkdik.

Yarış iştirakçılarında COVID-19 testi müsbət çıxmadı. Rusiya höküməti aviasiya əlaqələrinə qadağa qoyduğu üçün yarış dayandırıldı. Ancaq bu, turnirin ləğv edilməsi anlamına gəlməməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"