"700 manatla ölkənin bayrağını necə ucaldaq?" - Millinin lideri narazıdır

25 Mart 16:42 Şahmat 386
"700 manatla ölkənin bayrağını necə ucaldaq?" - Millinin lideri narazıdır

Azərbaycanın qadınlardan ibarət şahmat millisinin üzvü Zeynəb Məmmədyarova sosial şəbəkə hesabında federasiyanın dəstəyinin vacibliyindən yazıb.

Sportinfo.az xəbər verir ki, o, bu il dünya kubokunda çıxış edəcək şahmatçılar - Türkan Məmmədyarova, Günay Məmmədzadə və Ülviyyə Fətəliyevanın timsalında maddi dəstəyə ehtiyacı olan təmsilçilərimiz barədə qeyd edib:

"Dünya miqyaslı nəticə üçün ölkə daxilində yanaşma vacibdir! Öncə mütləq qeyd etməliyəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, prezident dövlət proqramı sərəncamı imzalanıb. Bu da ölkəmizdə şahmatın nə qədər sevilən və hörmət edilən bir idman növü olduğuna sübutdur. İndi isə problemlərdən bir az yazaq...

Həqiqətən də dünya kubokunda çıxış edəcək xanım şahmatçılarımız üçün maddi köməkliyə çox ehtiyac var. Bu baxımdan əfsuslar olsun ki, onlara köməklik göstərilmədi. Bu şahmatçılardan biri - bacım Türkan Məmmədyarovadır. Digər şahmatçılarımız Günay Məmmədzadə və Ülviyyə Fətəliyevadır.

Son illərdə Azərbaycanda qadın şahmatının inkişafı göz önündədir. Qitənin bürünc və avroklublar çempionatında gümüş medal qazanılıb.

Qadın şahmatçılarımızın reytinqləri və səviyyələri artmaqdadır ki, bu da Azərbaycan qadınının intelekt gücünü dünya şahmat reytinq siyahısında özünü göstərməkdədir. Bu işdə şahmat federasiyamızın vitse-prezidenti Mahir Məmmədovun böyük əməyi keçib. Qadın şahmatçılarımızın beynəlxalq Open yarışlarda iştiraklarını təmin edir. Bu səbəbdən Mahir müəllimin əziyyətin kimsə dana bilməz və danmır. Başda Günay Məmmədzadə olmaqla, bundan əminəm.

Lakin dünya kuboku fərqli elitar bir yarışdır və 2 ildən bir keçirilir. Bu yarışa qatılacaq dünya üzrə 64 qadın şahmatçıdan 3-ü azərbaycanlı qızıdır! Düşünürəm ki, Azərbaycanın dünya siyasi arenasında möhkəmlənməyə çalışdığı belə bir dövrdə, planetin ən siyasi oyunu olan şahmat çox gözəl bir vasitə olardı. Xüsusilə də qadın şahmatı...

Bir neçə il öncə "Heydər Əliyev" fondunun prezindenti Mehriban Əliyevaya mən və Azərbaycanın digər xanım şahmaçıları məktub yazıb, kömək istəmişdik. Məktubla əlaqədar idman nazirliyi bizi dəvət etdi və problemimizlə maraqlandı və həmin il mənimlə bacımın beynəlxalq yarışlarda iştirakı təmin edildi.

Ancaq təəssüf ki, şahmatçıların kommersiya tipli yarışlarda iştirakını təmin etmək İdman və Gənclər Nazirliyinin öhdəliyində deyilmiş.Yalnız rəsmi yarışlarda iştirakımızı təmin etməlidirlər. Şahmatda isə bütün yarışlar kommersiya tiplidir.

Mükafat zənnimcə, bütün idman növlərinin yarışlarında olur, eləcə də şahmatda. Belə çıxır ki, şahmatçılar heç bir beynəlxalq yarışa qatılmalı deyillər? Axı bu yarışlara getmək böyük xərcdir. Bəs təcrübə hardan qazanılacaq?

Bu məsələ ilə əlaqədar mən şəxsən nazirimizə son görüşümüzdə müraciət etmişəm və bu məsələnin müsbət həlli ilə məşğul olacağına söz verib.

Bundan əlavə, xanım şahmatçılarımızın dünya kubokuna hazırlıqları üçün çox vacib olan məşqçilərdə lazımdır. Bəs bu məşqçilərə ödənişlər? Axı buna şahmatçılarımızın gücü çatmaz.

Stipendiya məsələsi isə başqa bir problemdir. Bakıda Dünya Şahmat Olimpiyadası keçiriləndə stipendiyalar xanım şahmatçılarda 2000 AZN, kişi milli komandamızda isə çox daha yüksək idi.

Olimpiada bitdi və stipendiyalar xanım şahmatçılarda 700 AZN-ə endi. Bundan sonra 2 dəfə devalivasiyanı da nəzərə alsaq, peşəkar və milli komanda idmançısı üçün bu minimum bir rəqəmdir. Çünki heç bir peşəkar oyunçu 700 manata şahmata həyatını, zamanını həsr edə bilməz. Adi şahmat məşqçisi belə özəl dərs verməkla bundan 3 qat çox qazana bilir!

Qrossmeyster 700 manatla necə ehtiyacların qarşılaya və bayrağını beynəlxalq arenada ucalda bilər? Fikrimcə, öz işində qrossmeyster olan hər bir peşə sahibi daha yüksək məvacib almalıdır...

Hörmətli və dəyərli komanda yoldaşım Günay Məmmədzadə sonda səsini xalqa və lazımı ünvanlara çatdırdı. Səsimizi ucaldaq ki duyulsun".

Xəbər Lenti
24 Sentyabr 22:00 53 yaşında meydana çıxdı
24 Sentyabr 19:16 Daha "İnter"ə lazım deyil
24 Sentyabr 15:46 UEFA Mahirə cəza verdi
24 Sentyabr 00:28 Amit yenə kənarda qaldı
23 Sentyabr 23:00 Terim "Neftçi"ni xatırladı