"Elə başa düşülüb ki, sanki mən karantindəyəm" - FOTO

20 Mart 2020 12:30 Şahmat 468
"Elə başa düşülüb ki, sanki mən karantindəyəm" - FOTO

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov dünən koronavirus pandemiyasına görə özünü izolyasiya etməsi ilə bağlı "Instagram"dakı paylaşımına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, tanınmış qrossmeyster fikirlərinin yanlış anlaşıldığını bildirib.

33 yaşlı şahmatçı sosial şəbəkə hesabında karantində olmadığını yazıb: "Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm.

Halbuki sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, "Instagram" vasitəsilə nüfuzum daha da artır".

Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.

Xəbər Lenti