"Mən minlərlə mesajı aldım, ailəmlə fəxr edirəm!" - FOTO

10 Mart 2020 13:40 Şahmat 649
"Mən minlərlə mesajı aldım, ailəmlə fəxr edirəm!" - FOTO

Teymur Rəcəbovun Yekaterinburq şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı yaranan anlaşılmazlıq bir müddət əvvəl idman ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdü.

Şahmatçı imtinasının COVID-19 təhlükəsi ilə bağlı olduğunu bildirsə də, FIDE bu imtinanı şəxsi məsələ ilə əlaqələndirmişdi.

Teymur öz açıqlamasında bildirmişdi: “Mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam”.

Sportinfo.az xəbər verir ki, şahmatçı bu dəfə sosial şəbəkə hesabında onun fikrini anlayışla qarşılayan tərəfdarlarına müraciət edib:

“Mən minlərlə dəstək mesajı aldım. Mən dünyanın müxtəlif yerlərindən olan həmvətənlərimlə, şahmat fanatları ilə, komanda yoldaşlarımla, dostlarımla və əlbəttə ki, ailəmlə fəxr edirəm. Çox sağ olun!”

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!