"Ailəmlə işim arasında seçim qarşısında qalsam..". - VİDEO

7 Fevral 2020 10:38 Şahmat 690
"Ailəmlə işim arasında seçim qarşısında qalsam..". - VİDEO

2011-2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu, 2003-cü ildə 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülən beynəlxalq dərəcəli qrossmeyster Türkan Məmmədyarova “Publika TV”də yayımlanan “İdmanın qadınları” rubrikasının qonağı olub.

Sportinfo.az xəbər verir ki, dünyaca məşhur 3 beynəlxalq dərəcəli qrossmeyster yetişdirən və bu sahədə ilki həyata keçirən Məmmədyarovlar ailəsinin ən kiçik üzvü olan Türkan karyerasına başlamasından ailə həyatına qədər bir çox mövzularda sualları cavablandırıb.

Məmmədyarova “seçim qarşısında qalsaydınız, ailənizi, yoxsa şahmatı seçərdiniz” sualına belə cavab verib: “Ailə qurana kimi həyatını bağlayacağın insanı müəyyən qədər tanıyırsan.

Fikirlərinə isə ilk tanışlıqdan bələd ola bilirsən. Həyat yoldaşımın şahmata marağını və mənə bu sahədə dəstəyini görmüşəm. Ona görə də nə zamansa belə seçim qarşısında qala biləcəyimi düşünməmişəm. Amma hər halda, şahmatdan vaz keçməzdim”.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!