Yığmamızın lideri 10 min dollar üçün mübarizə aparacaq

22 May 00:00 Şahmat 678
Yığmamızın lideri 10 min dollar üçün mübarizə aparacaq

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

Mükafat fondu 10000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.

Xəbər Lenti
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu