![Azərbaycanlı mütəxəssisi ilin məşqçisi adına layiq gördü](https://www.sportinfo.az/media/2024/01/28/1706353497_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg.jpg)
Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov dünyada yeniyetmələr üzrə ilin ən yaxşı məşqçisi kimi Mark Dvoretski mükafatına layiq görülüb.
Sportinfo.az xəbər verir ki, əməkdar məşqçi 2023-cü ilin ən yaxşı mütəxəssislərinin siyahısında göstərilib.
C.Ağarəhimov beynəlxalq qrossmeyster və ustaların yetişməsində böyük rol oynayıb. Onun yetirmələri müxtəlif yaş qrupları üzrə Avropa çempionatının qalibi və medalçıları olublar.
2022-ci ildə onun tələbəsi, beynəlxalq qrossmeyster Abdulla Qədimbəyli 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi adını qazanıb.