Millimiz Olimpiya çempionu oldu!

5 Noyabr 2019 15:52 Şahmat 1 117
Millimiz Olimpiya çempionu oldu!

Azərbaycan milli komandası yeniyetmələrin şahmat Olimpiadasının (U-16) qalibi olub. Sportinfo.az xəbər verir ki, yığmamız Türkiyənin Çorum şəhərində keçirilən yarışın sonuncu - 9-cu turunda Çin komandasını məğlub edib - 2,5:1,5.

Millimiz yarışı 16 xalla başa vurub. 2-ci yeri tutan Özbəkistan yığması 15 xal toplayıb.

Komandamızın heyətində Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Manafov və Gövhər Beydullayeva mübarizə aparıblar.

Oloimpiadada çıxış edən digər komandamız - Azərbaycan-Naxçıvan 8 xal yığıb.

Xəbər Lenti