Millimiz Avropa 3-cüsü oldu - Ermənistan üzərində qələbədən sonra

2 Noyabr 2019 15:52 Şahmat 3 157
Millimiz Avropa 3-cüsü oldu - Ermənistan üzərində qələbədən sonra

Bu gün Batumidə şahmat üzrə komandalararası Avropa çempionatına yekun vurulur. Sportinfo.az xəbər verir ki, oğlanlardan ibarət millimiz son turda Sloveniya, qızlar isə Ermənistan yığması ilə qarşılaşırlar.

Sloveniya - Azərbaycan 1:3

Luka Leniç - Arkadi Naydinç 0,5:0,5

Yure Borisek - Rauf Məmmədov 0:1

Matey Şebenik - Qədir Hüseynov 0:1

Yan Skubelj - Elıtac Səfərli 0,5:0,5

Kişilərdən ibarət millimiz 11 xalla yarışı 6-cı yerdə başa vurub.

Azərbaycan - Ermənistan 2.5:1.5

Günay Məmmədzadə - Lilit Mkrtçyan 1:0

Xanım Balacayeva - Elina Danielyan 0,5:0,5

Ülviyyə Fətəliyeva - Mariya Qevorqyan 0.5:0.5

Gülnar Məmmədova - Anna Sarqsyan 0,5:0,5

Beləliklə, qadınlardan ibarət milli komandamız Avropa çempionatının bürünc medalına layiq görülüb. Qadın şahmatçılarımız sonuncu dəfə 27 il öncə Avropa çempionatında 3-cü olmuşdular. Rusiya 1-ci, Gürcüstan 2-ci olub.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!